Ağdamda ölümlə nəticələnən qəza baş verib

Ağdamda ölümlə nəticələnən qəza baş verib
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb. Hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsü Ağdərə rayonunun Kolatağ kənd sakini 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Ağdam sakini Cəsarət Hacıyev vəfat ediblər.
Qəza zamanı sərnişin – 1996-cı il təvəllüdlü Alimə Məmmədova və onun azyaşlı övladları ağır xəsarət alıblar. 
İlkin məlumata görə, qadının ayaqları sınıb, uşaqların vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt