Milli Onkologiya Mərkəzində xəsarət alan həkimin vəziyyəti ağırdır

Milli Onkologiya Mərkəzində  xəsarət alan həkimin vəziyyəti ağırdır
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin vəziyyəti ağırdır.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hazırda əməliyyat olunan A.Nəsirli bədəninin bir neçə nahiyyəsindən yanıq xəsarətləri alıb.
Milli Onkologiya Mərkəzinin əməliyyatxanasında yerləşdirilən həkimin əməliyyatı davam edir.
Partlayış zamanı isə xəstələrdən biri hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Hadisə təxminən 14:30 radələrində baş verib.
скачать dle 12.1
Geri qayıt