Şamaxıda ev YANDI

Şamaxıda ev YANDI
Şamaxı şəhərində mənzildə yanğın olub.
Gunaz.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 79 m² olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 m² sahədə yanıb. 
Yanğın zamanı bir nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1
Geri qayıt