Kanadanın Britaniya Kolumbiyası əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. TASS agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi
Xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5-ci turistin meyiti aşkarlanıb.
Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.