Bakıdakı DƏHŞƏTLİ QƏZADA ölənlərin kimliyi açıqlandı
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.
GunAz.az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil yolun hərəkət hissəsində dayanmış yük maşını ilə toqquşub.Nəticədə iki nəfər hadisə yerində ölüb.
Qəza zamanı 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1984-cü il təvəllüdlü Samir Məmmədov həlak olublar. 1965-ci il təvəllüdlü Azad Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
