Astarada 9 yaşlı uşağı maşın vurub

Astarada 9 yaşlı uşağı maşın vurub
Astara şəhərində 9 yaşlı uşağı maşın vurub.
Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt