Rusiyaya məxsus təyyarə qəzaya uğradı: 29 ölü

Rusiyaya məxsus təyyarə qəzaya uğradı: 29 ölü
An-26 hərbi təyyarəsi ilə Krım üzərində əlaqə kəsilib.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.
Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.
Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.
скачать dle 12.1
Geri qayıt