Paytaxt sakini faciəvi şəkildə ölüb

Paytaxt sakini faciəvi şəkildə ölüb
Bakı sakini faciəvi şəkildə ölüb. 
 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt