Faciəvi şəkildə ölən Ramin zabit imiş - FOTO

Faciəvi şəkildə ölən Ramin zabit imiş - FOTO
Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı İsayev Ramin Nürəddin oğlu idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində ağər xəsarət alan Ramin İsayev hadisə yerində ölüb.
Qeyd edək ki, R. İsayev zabit olub. İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi. 
Müharibədən sonra "Hərbi xidmətlərə görə", "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Mərhumun 1 azyaşlı qızı yadigar qalıb.
скачать dle 12.1
Geri qayıt