İran Buşehr AES-ə zərbə endirildiyini açıqladı - MAQATE çağırış etdi

İran Buşehr AES-ə zərbə endirildiyini açıqladı - MAQATE çağırış etdi
İran Buşehr nüvə elektrik stansiyasına endirilən zərbə barədə MAQATE-ni məlumatlandırıb.
GunAz.az xəbər verir ki, məlumat MAQATE-nin X hesabında açıqlanıb:
"İran çərşənbə axşamı Buşehr nüvə elektrik stansiyası ərazisinə mərmi düşdüyünü MAQATE-yə bildirib. Stansiyaya dəyən ziyan və ya personal arasında itki barədə heç bir məlumat verilməyib. Baş direktor Rafael Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə zamanı maksimum təmkinli olmağa çağırışını təkrarlayır".Musavat.com
скачать dle 12.1
Geri qayıt