Türkiyədə İncirlik hərbi bazasında həyəcan siqnalı verildi

Türkiyədə İncirlik hərbi bazasında həyəcan siqnalı verildi
Türkiyənin Adana şəhəri ətrafında yerləşən İncirlik hərbi hava bazasında həyəcan siqnalı verilib.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, ABŞ qoşunlarının yerləşdiyi NATO aviabazasında sirenlər təxminən beş dəqiqə ərzində saat 3:25 radələrində səslənib.
NATO-nun hava hücumundan müdafiə sistemlərinin Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurmasından dörd gün sonra baş verən hadisə ilə bağlı rəsmi şərh verilməyib. Bu, son beş gündə ikinci belə haldır.Teleqraf
скачать dle 12.1
Geri qayıt