Biləsuvarda faciə

Biləsuvarda faciə
Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.
 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verilir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt