Polis silah-sursat aşkarladı

Polis silah-sursat aşkarladı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
GunAz.az xəbər verir ki, fevralın 23-ü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 1 qumbaraatan, 13 tüfəng götürüb.
Bundan başqa, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron da aşkar edilərək müvafiq qaydada götürülüb.
Tədbirlər davam etdirilir.
скачать dle 12.1
Geri qayıt