Köməksiz qalan balıqçılar xilas edildi

Köməksiz qalan balıqçılar xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə nəzarətsiz ərazidə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində balıqçı qayığının mühərrikində yaranan nasazlıq səbəbindən sahildən təqribən 1 km məsafədə dənizdə köməksiz vəziyyətdə qalan vətəndaşlar, 1994-cü il təvəllüdlü Məmmədov Rəhman Mərifət oğlu, 1986-cı il təvəllüdlü Əliyev Əli Ramiz oğlu, 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İslam oğlu və 1980-cı il təvəllüdlü Quliyev İlkin Şakir oğlu xilasedicilər tərəfindən xilas edilərək sahilə çıxmaları təmin edilib.
скачать dle 12.1
Geri qayıt