Hündürlükdən yıxılaraq iki ayağını sındırıb

Hündürlükdən yıxılaraq iki ayağını sındırıb
Bakının Yasamal rayonunda bina tikintisi zamanı fəhlə yıxılaraq iki ayağını qırıb.
 Hadisə Zahid Xəlilov küçəsi, 576-cı məhəllədə qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Əsgərov Fərman Ələsgər oğlu 3-cü mərtəbədən yıxılıb. O, "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, F.Ələsgərovun hadisə nəticəsində iki ayağı sınıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Araşdırma aparılır.(Report)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt