Azərbaycanlı fəhlələrin olduğu lift 12 metrlik hündürlükdən yerə çırpılıb

Azərbaycanlı fəhlələrin olduğu lift 12 metrlik hündürlükdən yerə çırpılıb
Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik hündürlükdən yerə çırpılıb. Məlumata əsasən, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
 Xəbər verir ki, ağır xəsarət alan fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları daşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.(
 virtualaz.org)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt