İrandan Azərbaycana keçən PUA ZƏRƏRLƏŞDİRİLDİ

İrandan Azərbaycana keçən PUA ZƏRƏRLƏŞDİRİLDİ
Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə GunAz.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1
Geri qayıt