Bakıda partlayış olan villa vəzifəli şəxsin qardaşının imiş

Bakıda partlayış olan villa vəzifəli şəxsin qardaşının imiş
Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
GunAz.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.
Təyyar Bağırov hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsin qardaşıdır.
Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt