25 nəfər gecə klubunda öldü-SƏBƏB

25 nəfər gecə klubunda öldü-SƏBƏB
Hindistanın məşhur kurort bölgəsi Goada yerləşən gecə klubunda güclü yanğın nəticəsində azı 25 nəfər həlak olub. Ölənlər arasında bir neçə xarici turistin də olduğu bildirilir.
GunAz.az xəbər verir ki, hadisə "Birch" adlı klubda dekabrın 7-nə keçən gecə baş verib.
Goa əyalətinin baş naziri Pramod Savanın sözlərinə görə, yanğına klub daxilində yandırılan pirotexniki fişənglər səbəb olub. Polis əvvəlcə qaz balonunun partlayışı ehtimalını irəli sürsə də, ilkin araşdırma elektrik fişənglərinin alışmasına işarə edir.
Polis klubun dörd menecerini saxlayıb.
скачать dle 12.1
Geri qayıt