Daş karxanasında fəhlənin ayağı kəsildi

Daş karxanasında fəhlənin ayağı kəsildi
Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan laqondayla ayağını kəsib.
Hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqondayla sağ ayaq baldırının ön səthini kəsib.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınıb və lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt