Futbolçu 3 nəfərin həyatını xilas etdi
İngiltərənin "Sanderlend" klubunun futbolçusu Dankan Uotmor Barbadosda istirahət zamanı 3 nəfərin həyatını xilas edib.
Dizindəki zədəni sağaltmaq üçün sevgilisi ilə məzuniyyətə yollanan 23 yaşlı yarımmüdafiəçinin idarə etdiyi motorlu qayıq katamaranla toqquşub. Nəticədə oradakı 3 sərnişin suya düşüb. Uotmor isə onları xilas edərək, göyərtəyə qaldırmaqla yanaşı, ciddi zədə alan qadına ilkin tibbi yardım göstərib.

