İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı
Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətində tədbirlər davam etdirilib.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, oktyabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
скачать dle 12.1
Geri qayıt