Xırdalanda maskalılar tərəfindən öldürülənin şəxsiyyəti məlum oldu

Xırdalanda maskalılar tərəfindən öldürülənin şəxsiyyəti məlum oldu
Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib.
 O, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludur. O, başından aldığı güllə yarasından ölüb.
***
Bu gün gecə saatlarında Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.
 Hadisə Xırdalan şəhəri, 280-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə naməlum şəxslər bir nəfəri güllələyib. Hadisə şahidlərinn sözlərinə görə, həmin şəxslər qara maskada olublar. Güllələnən şəxsin iş adamı olduğu deyilir.
Hadisə ilə bağlı Xırdalan şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış olub. Stansiyadan həmin şəxsin həyatda olub-olmaması barədə məlumatın olmadığı deyilib. Hadisəni Xırdalan şəhər Polis İdarəsindən təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır. 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt