İki dost-iki alimimizin bir gündə vəfatı AĞIR İTGİDİR-FOTO
Azərbaycanın görkəmli alimləri biologiya elmləri doktoru, professor, Mərkəzi Nəbatat Bağına 20 ildən çox rəhbərıik etmiş Arif Əli oğlu Bayramov və Bilogiya üzrə fəlsəfə doktoru, dosent Ağa Şıxıyev dünyalarını dəyişmişlər.
Arif müəllimlə Ağa müəllim uzun illərin çox yaxın dostları olubdurlar.
Bağda kim Arif müəllimi axtarıb tapmasaydı, deyərdilər gedin Ağa müəllimin yanına, orda olacaq və ya əksinə.
Arif müəllim mənim elmi rəhbərim olub. Bir cümlə ilə onun şəxsiyyətini belə ifadə edərdim:
Həqiqi alim, ağıryana əsl kişi adam.
" Get palıd qozalarını filan isntitutda qamma şüaları ilə müxtəlif dərəcələrdə şüalandır gətir ək. Cücərməsinə, böyümə və inkişafına, morfogenezinə təsirini müşahidə elə, nəticələri 3 fəzalı kordinant sistemində yerləşdir, göstər".
Baxın, bir tapşırıqda nə qədər elmi istiqamət, amma çox aydın və səbəb-nəticəni öyrənmək qaydası.
Bir konfransdan faydalı deyilmi?
Arif müəllim ümumiyyətlə elmdə sadə həqiqt tərəfdarı olub, mürəkkəbliyin, hapa- gopa basmağın, yalançı şəkil, qrafik, bir aləmətə görə guya yeni yarımnöv, növ tapılmağın əlehinə idi.
Hətta deyirdi ki, bizdə olan palıdları 5- 6 növdə birləşdirmək olar.
O elmi işdə alqoritmi mütləq sayıtdı: prolem-məqsəd- metod- təcrübə və müzakirələr- nəticə.
Bu Arif müəllimin, elə həqiqi elmi tədqiqatın qaydası idi.
1997- 2000- ci illərdə mən aspirant idim, iş qrafikimə Arif müəllim qol çəkməli idi ki, stpendiya alım, vərəqdə günləri yazıb , + gəllər qoyub aparırdım, harda tapsam, gülüb qol çəkirdi, bir dəfə soruşmurdu ki, filan işə gəlirsən ya yox. Bilirdi ki, kirayədə qalıram, bəzən işə gəlməyib ticarət, ya fəhləlik edirəm.
Bir dəfə dedi ki, gəl bağda yardımçı binaların birində yerləş, kirayə vermə.
Nəsə mən razı olmadım, bəlkə də gecələr bağda quleybani kimi qalmaq istəmədim..
Alimlər elmi rəhbərlərinə bənzəyirlər. Məndən kim nəsə soruşsa bilirəmsə başa salıram, bu ruh Arif müəllimdən keçib. Elə onun rəhbərliyi ilə yetişmiş mükəmməl botanik alimlərimizdən olan professor Şakir Qasımova da bu ruh keçib.
Nə vaxt nə soruşdum bildiyi qədər başa saldı.
Bir şeyi də unutmaram ki, Arif müəllim mənə deyirdi ki, artıq Şakir mənim bildiklərimin hamısını bilir.
Lap Nəiminin: Mən artıq beynimi çoxdan Nəsimiyə köçürmüşəm- dediyi kimi.
Elmdə bu cür məktəb yaratmaq əsas şərtlərdəndir.
Arif müəllim haqqında bu qədər danışsaydım Ağa müəllim yorulmaz, qulaq asar, gülümsyərdi. O qədər xoşuna gələrdi.
Nə vaxt məni bağda görsə, " rəhbərinlə əlaqə saxlayırsan, danışırsan?" Deyə soruşardı.
Ağa müəllim elə mənəviyyat, sadəlik ağası idi.
Dostunun rəhbərim olduğuna mənə çox hörmətlə yanaşırdı.
Elə hamıya qarşı alim və ağayana, sadə yanaşırdı.
Dünən axşam Ağa müəllim, bu gün tezdən isə Arif müəllim vəfat etdilər.
Bir- birlərinin ölümlərindən xəbər tutmadılar.
Bir yerdə- bitkilər arasında işlədilər, bir zamanda dünyalarını dəyişdilər.
Axı onları nə vax axtarsaydılar bir yerdə tapardılar...
ALLAH hər iki alimimizə rəhmət eləsin.
Biologiya üzrə fəlsəfə doktoru,
Arif müəllimlə Ağa müəllim uzun illərin çox yaxın dostları olubdurlar.Bağda kim Arif müəllimi axtarıb tapmasaydı, deyərdilər gedin Ağa müəllimin yanına, orda olacaq və ya əksinə.

dosent Sadıq Qarayev