84 yaşlı kişi məktub yazaraq intihar etdi

84 yaşlı kişi məktub yazaraq intihar etdi
Qusar rayonunda 84 yaşlı kişi intihar edib.  
Qusar Rayon Prokurorluğundan "Report"a bildirilib ki, Yasab kəndinin sakini Mövliddin Şərifov bu gün səhər saatlarında yaşadığı evin həyətində talvardan özünü kəndirlə asıb.
Onun evdə tək yaşadığı, intihar etməzdən əvvəl ölümündə heç kimin günahının olmadığı barədə məktub yazdığı bildirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt