Nepalda hökumət sarayı yanıb külə döndü

Nepalda hökumət sarayı yanıb külə döndü
Nepalda “Sheetal Niwas” hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.
GunAz.az xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.
Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerinə belə gəlməyiblər.
“Sheetal Niwas” Asiyanın ən böyük saraylarından biri hesab olunur.
Qeyd edək ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.
скачать dle 12.1
Geri qayıt