Yük maşını insanların üzərinə aşdı-BİLƏCƏRİDƏ AĞIR QƏZA-YENİLƏNİB

Yük maşını insanların üzərinə aşdı-BİLƏCƏRİDƏ AĞIR QƏZA-YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən GunAz.az-a verilən xəbərəgörə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
10:17
Bakının Binəqədi rayonunda, Biləcəri dairəsində ağır yol qəzası olub.
Bu barədə hadisə şahidləri məlumat verib.
Yasamal yolundan Sumqayıt yoluna dönən hissədə iri tonnajlı yük maşını idarəetmədən çıxaraq Biləcəri dairəsində işıqforda dayanan piyadaların üzərinə aşıb.
Maşının üzərində daşınan böyükhəcmli borular qəza zamanı 2-3 minik avtomobilinin üzərinə tökülüb.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində ölüm ehtimalı yüksəkdir. Xəsarət alanların sayı hələlik məlum deyil. 
"Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb",- məlumatda deyilir.
скачать dle 12.1
Geri qayıt