Toya hazırlaşan gənc adam öldürdü VİDEO
Toy hazırlığı üçün bazarlığa gedən sürücü avtomobillə məktəbli qızı vuraraq öldürüb.
GunAz.az-ın məlumatına görə, hadisə Tovuzun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 27 yaşlı Əli Alıyevin sentyabrın 12-də toyu olacaqmış. O, sabah cehiz gətirəcək qız evi üçün bazarlıq etməyə gedirmiş. Elə o əsnada da 9 yaşlı məktəblini vurub.
Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsinə təhvil verilib.
Lənkəranda isə velosipedçi vurulub. Hadisə köhnə Ələt-Astara magistralının Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun liman şəhər sakini 20 yaşlı Cavid Səfərli idarə etdiyi minik avtomobili ilə velosipedçini, 49 yaşlı Rasim Teymurovu vurub. Rasim Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Samuxda isə 2 avtomobilin toqquşması ölümlə nəticələnib. Rayonun Qaraağaclı qəsəbə sakini 58 yaşlı Rafiq Behbudovun idarə etdiyi minik avtomobili qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Sürücü Rafiq Bəhbudov dünyasını dəyişib. Xəsarət alan 7 nəfər isə xəstəxanaya çatdırılıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.