Dəhşətli zəlzələ: 500 nəfər ölü, 1000-dən çox yaralı var

Dəhşətli zəlzələ: 500 nəfər ölü, 1000-dən çox yaralı var
Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın ərazidə Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticədə 500-dən çox insan həlak olub, minlərlə insan yaralanıb, Kunar və Nangarharda xilasetmə əməliyyatları aparılır.
Həlak olanların əksəriyyəti Nanqarhar əyalətində, xüsusilə də paytaxt Kabildən təxminən 119 km məsafədə yerləşən Cəlalabad şəhərində qeydə alınıb. İlk zəlzələnin episentri 14 km dərinlikdə yerləşib.
Təxminən 20 dəqiqə sonra həmin əyalətdə 4,5 bal gücündə ikinci təkan, daha sonra isə təxminən 10-14 km dərinlikdə 5,2 bal gücündə daha bir zəlzələ baş verib.
Yerli hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirir və infrastrukturun, o cümlədən yaşayış binalarının və yolların vəziyyətini yoxlayır.
Bölgə sakinləri divarların uçduğunu və binalarda çatların yarandığını, zərərçəkənlərə təcili yardımın lazım olduğunu bildirirlər.
Seysmoloqlar bölgədə ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edirlər.
скачать dle 12.1
Geri qayıt