Tovuzda 16 yaşlı qız dönər yeyib reanimasiyaya düşdü

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.(Report)