Fransanın Lill şəhərində atışma nəticəsində 3 nəfər yaralanıb

Fransanın Lill şəhərində atışma nəticəsində 3 nəfər yaralanıb

 Cümə günü axşam Fransanın Lill şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə regional "La Voix Du Nord" qəzeti yazıb.

Məlumata görə, zərərçəkənlər arasında 14 yaşlı uşaq da var. İnsident Bakı vaxtı ilə martın 25-də gecə saat 00:45-də baş verib. Naməlum şəxs "Port d'Aras" metro stansiyası yaxınlığında atəş açıb.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxalara aparılıb.

Hadisənin başqa təfərrüatları məlum deyil.

Gunaz.az
скачать dle 12.1
Geri qayıt