Pakistanda hərbçilərlə silahlılar arasında atışma olub, 7 nəfər ölüb

Pakistanda hərbçilərlə silahlılar arasında atışma olub, 7 nəfər ölüb

Pakistanın şimal-qərb bölgəsində silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb.

 "Sinxua” agentliyinə istinadən verilən məlumata görə, qarşıdurma Pakistan təhlükəsizik qüvvələri  Orakzay bölgəsində əməliyyat keçirərkən qeydə alınıb.

Məlumata görə, baş vermiş atışma nəticəsində 5 silahlı məhv edilib.

Pakistan təhlükəsizlik qüvvələrin  fevral ayından etibarən ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı əməliyyat keçirir.  

Xatırladaq ki, fevralın 16-da Pakistanın Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində  88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.(APA)

Gunaz.az
скачать dle 12.1
Geri qayıt