Qaxda 6 otaqlı ev yandı

Qaxda 6 otaqlı ev yandı

Qaxda yanğın hadisəsi qeydə alınıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verilir ki, Qax rayonu, Qum kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt