Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı

Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.
GunAz.az xəbər verir ki, bu barədə Unikal-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən Murad Əfəndiyev müəyyən olunaraq saxlanılıb:
"Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib.
Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".
Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.

скачать dle 12.1
Geri qayıt