Mənzildən 18 min manat OĞURLANDI

Mənzildən 18 min manat OĞURLANDI
Bakıda mənzildən 18 800 manat pul oğurlanıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində İntiqam Fərəcova məxsus evdən 18 800 manat pul oğurlayıb.
Aparılan araşdırma nəticəsində əməli törədən şəxs və ya şəxslərin pəncərəni açaraq içəri daxil olduqları müəyyənləşib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. (reportə)

Gunaz.az

скачать dle 12.1
Geri qayıt