Kəlbəcərdə qadın hərbçimiz öldü - RƏSMİ
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.GunAz.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
***
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.

