“Dərnəgül” taxta bazarında yanğın

GunAz.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb.