Qarlı havada 179 nəfər xəsarət alıb

Qarlı havada 179 nəfər xəsarət alıb Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 179 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə GunAz.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 89-u qadın, 90-ı kişi olub. 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub.

скачать dle 12.1
Geri qayıt