Yasamalda ev yandı

Yasamalda ev yandı

Bakı şəhərində yaşayış evi yanıb.

 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda komunal tipli ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və digər vətəndaşa məxsus, ümumi sahəsi 25 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gunaz.az
скачать dle 12.1
Geri qayıt