İranın Ərdəbil şəhərində yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata əsasən, partlayışa kimyəvi maddə səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.