Astarada 35 yaşlı qadın dəm qazından zəhərləndi

Astarada 35 yaşlı qadın dəm qazından zəhərləndi
Astarada 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. 
Hadisə rayonun Barzubənd kəndində qeydə alınıb. 
Kənd sakini, 1982-ci il təvəllüdlü İlahə Həsanağa qızı Əmirova evdə yuyunarkən huşsuz halda aşkar edilib. Dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, qadın orada keçinib.
Faktla bağlı rayon prokurorluğunda  cinayət işi açılıb, araşdırma aparılır.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt