Eyfeldə texniki nasazlıq, turistlər təxliyə edildi

Eyfeldə texniki nasazlıq, turistlər təxliyə edildi Parisdə Eyfel qülləsinin personalı və turistlər təxliyə edilib.
GunAz.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, buna səbəb qüllədə yanğın əleyhinə siqnalizasiya sisteminin işə düşməsi olub.
Bildirilib ki, siqnalizasiya liftlərin elektrik naqillərində yaranan qısaqapanmaya görə işə düşüb.
Hazırda insidentin detalları araşdırılır. Qüllənin gün ərzində yenidən turistlər üçün açılacağı gözlənilir.

скачать dle 12.1
Geri qayıt