Bakı-Sumqayıt yolunda dəhşətli qəza-VİDEO

Bakı-Sumqayıt yolunda dəhşətli qəza-VİDEO
Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.
Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.
Qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin tələbəsi İbrahim Quliyev, soyadı hələlik məlum olmayan daha iki tələbəsi həyatını itirib.
Hadisə nəticəsində bundan əlavə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.
Hazırda qəza səbəbindən həmin yolda tıxac yaranıb.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.
Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
Bakipost.az-un yaydığı videonu təqdim edirik.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt