31 yaşlı kişi intihara cəhd etdi

31 yaşlı kişi intihara cəhd etdi
Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.
Gunaz.az
-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində, "Dubay bazarı"nın yaxınlığındakı yaşayış massivində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Fariz Faiq oğlu Həsənov adlı şəhər sakini intihar məqsədi ilə elektrik dirəyinə çıxıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicələri və polis əməkdaşlarının müdaxiləsi nəticəsində fikrindən daşındırılıb və intiharın qarşısı alınıb.
O, intihara cəhd göstərməsinə səbəb kimi ailə münaqişəsi zəminində həyat yoldaşı və onun qohumları arasında yaranmış problemləri göstərib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt