Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı

Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı
Türkiyənin Kuşadası şəhərindəki otellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
GunAz.az xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu otellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar otelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub.Unikal.az
скачать dle 12.1
Geri qayıt