Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu
Ukrayna prezidenti Pyotr Poroşenko Lvov vilayətində baş vermiş mədən qəzası ilə əlaqədar ölkədə matəm elan edib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, mədəndə metan qazının partlaması və uçqun nəticəsində 8 şaxtaçı həlak olub, 6 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 172 nəfər olub.
Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyası isə 11 şaxtaçının həlak olduğu barədə xəbər yayıb.
Partlayışın nəticələrinin aradan qaldırılması üzrə operativ qərargah yaradılıb. Son məlumata görə, dağıntılar altında qalan şaxtaçıların hamısı tapılıb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt