Sabirabad rayonunda yanğın hadisəsi baş verib

Sabirabad rayonunda yanğın hadisəsi baş verib
Bu gün Sabirabad rayonunda yanğın hadisəsi baş verib. 
Gunaz.az FHN-in saytına istinadən xəbər verir ki, Poladtuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının döşəməsi, tavanı 70 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 125 m2 sahədə yanıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​
скачать dle 12.1
Geri qayıt