Cərəyan vurması nəticəsində ölüb

Cərəyan vurması nəticəsində ölüb
Qusar rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib.
Yeni Həyat kənd sakini Qədir Ağayev güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib. Lakin onu cərəyan vurub.
Hadisə yerinə Qusar rayon Polis şöbəsinin və Prokurorluğunun əməkdaşları cəlb olunub. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsində müayinə olunub.
Qədir Ağayevin ölümünün səbəbi Qusar Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.(Report)

Gunaz.az


скачать dle 12.1
Geri qayıt