Qaxda iri gövdəli ağaclar aşdı, magistral yol bağlandı

Qaxda iri gövdəli ağaclar aşdı, magistral yol bağlandı
Qaxda ağaclar magistral yolu bağlayıb.
GunAz.az Report-a istinadən xəbər verir ki, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb. 
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.
скачать dle 12.1
Geri qayıt