Bakının Yasamal rayonunda oğurluq olub. Rayon ərazisindəki evlərdən birindən 3.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Ev sahibi bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Əzimov tutulub. Onun ötən il sentyabrın 2-dən cari il fevralın 13-dək olan müddətdə 1 yardımçı təsərrüfatdan və 1 mağazadan geyim əşyaları, ərzaq məhsulları, danışıq kartları oğurladığı, habelə daha 1 mağazadan oğurluğa cəhd göstərdiyi də müəyyən edilib. Ramil Əzizov əvvəllər məhkumluq həyatı yaşayıb.